...

Azərbaycanda maliyyə savadlılığını artırmaq üzrə e-portal yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2014 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin mart ayında Azərbaycanda "Qlobal pul həftəsi" çərçivəsində "Pul həftəsi" keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı yanında Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov maliyyə savadlılığının artırılması ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn il maliyyə savadlılığının artırılması üzrə elektron portal işə başlayacaq: "Belə portallar ABŞ, Avstraliya, Yeni Zelandiya və Braziliyada fəaliyyət göstərir. Portalın yaradılmasında məqsəd əhalinin maliyyə savadlılığının artırılmasıdır. Bundan başqa, onlar əhaliyə vəsaitlərini düzgün idarə etməyə imkan verir ki, bu da dünya böhranı dövründə çox vacibdir".

V.Əhmədov vurğulayıb ki, maliyyə savadlılığının artırılması ayında 16 bank və 4 bank olmayan kredit təşkilatı iştirak edib: "Belə tədbirlər çox önəmlidir. Onlar uzunmüddətli perspektivdə ölkənin investisiya potensialını artırmağa imkan verir. İnvestisiya portfelinin artması isə iqtisadiyyatın sabitliyinə yaxşı təsir göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti