...

İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 18:27 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, nazirliyin Dağlıq Şirvan regional bölməsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün növbəti treninq dekabrın 9-da İsmayıllı rayonunda keçirilib.
İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, nazirliyin Dağlıq Şirvan regional bölməsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün növbəti treninq dekabrın 9-da İsmayıllı rayonunda keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Sənayedə brendləşmə", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilmiş tədbirdə 90-dan çox sahibkar iştirak edib.

Treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə qanunvericilik, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, brendlərin dizaynının təkmilləşdirilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilib, biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti