Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Maksim Tsurkov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unibank" ASC-nin 20 milyon dollar dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 20 min ədəd istiqraz buraxılacaq.
Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.
İstiqrazların tədavül müddəti illik 9,75 faiz dərəcəsi ilə 720 gün təşkil edir.