...

"Azerspace 2"-nin texniki parametrləri müəyyənləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2015 17:25 (UTC +04:00)
"Azərkosmos" ASC Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace 2"-nin texniki parametrlərini müəyyənləşdirir.
"Azerspace 2"-nin texniki parametrləri müəyyənləşdirilir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərkosmos" ASC Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace 2"-nin texniki parametrlərini müəyyənləşdirir. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, "Azerspace-2" texniki parametrlərinə görə əvvəlki "Azerspace-1" peykindən kardinal şəkildə fərqlənməyəcək: "Telekommunikasiya peykləri texniki parametrlərinə görə fərqli ola bilərlər. Onların tikintisi zamanı müxtəlif tezlik diapazonları istifadə edilə bilər. Birinci peykin tikintisində istifadə edilən diapazonlardan başqa, X və Ka diapazonları da var. İkinci peykin tikintisində yeni tezlik diapazonlarının istifadə ediləcəyi istisna olunmur".

Mənbə qeyd edib ki, peykin texniki parametrləri və əhatə zonası müəyyənləşdikdən sonra tender elan ediləcək: "İlkin məqsəd ondan ibarətdir ki, ikinci peyk ehtiyat qismində olsun və nəzərdə tutulmamış şəraitlər yaranarkən sabit rabitəni təmin etməyə hesablansın".

Qeyd edək ki, "Azerspace 2"-nin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti