...

Azərbaycanda mobil telefonların internet ticarəti problemi haqqında

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2015 14:00 (UTC +04:00)
Mobil telefonların internet ticarəti təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müəyyən problemə çevrilib.
Azərbaycanda mobil telefonların internet ticarəti problemi haqqında

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Azad Həsənli/

Mobil telefonların internet ticarəti təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müəyyən problemə çevrilib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev bildirib.

Komitə sədri deyib: "Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidirlər. Onlayn ticarət qanunvericiliyin tələblərinə riayət olunması planında problemlər yaradır".

Onun sözlərinə görə, bu, asan ticarət üsuludur, eyni zamanda, bir sıra problemlər, o cümlədən vergidənyayınma faktları mövcuddur.

DGK sədrinin qeyd etdiyi kimi, internetlə ticarətdə problemlərin mövcudluğu artıq 2014-cü ilin dekabrında MDB ölkələrinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının iclasında qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti