...

5 minə yaxın vergiödəyici qanunvericiliyi pozdu

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

2015-ci ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4940 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 812 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 193 vergiödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 611 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

198 vergiödəyici tərəfindən 251 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 209 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 101 vergiödəyicidə aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti