...

Bank VTB (Azərbaycan) Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 11:58 (UTC +04:00)
Bank VTB (Azərbaycan ) Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır. Tərəflər arasında razılaşmaya əsasən, cari il ərzində bank bir sıra layihələrin reallaşmasında teatra dəstək olacaq.
Bank VTB (Azərbaycan) Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bank VTB (Azərbaycan ) Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır. Tərəflər arasında razılaşmaya əsasən, cari il ərzində bank bir sıra layihələrin reallaşmasında teatra dəstək olacaq.

Trend cümə günü bankın yaydığı məlumata istinadənə xəbər ki, mart ayında bank 2 Moskva uşaq teatrlarının qastrollarına sponsorluq edəcək. Bu layihə çərçivəsində Novruz bayramı ilə bağlı tətil günlərində Rus Dram Teatrının səhnəsində uşaqlara iki musiqili tamaşa təqdim olunacaq.

Əməkdaşlıq çərçivəsində bank gələcəkdə həssas əhali qrupu üçün müxtəlif tamaşalara biletlər əldə etmək niyyətindədir. Beləliklə, bank VTB (Azərbaycan) imkansız ailələrdən və uşaq evlərindən olan uşağlara teatrı ziyarət etmək imkanı yaradacaq.

"Rus Dram Teatrı - ölkənin aparıcı teatrlarından biridir. O, Azərbaycanda rus dilində tamaşaların yayılmasında böyük rol oynayır. Bizim bank mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafının dəstəyinə böyük önəm verir", - deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti