...

Azərbaycan fevralın sonunda KAMAZ avtomobillərinin yığılmasına başlayacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 13:03 (UTC +04:00)
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) və KAMAZ (“Kama Avtomobil Zavodu”) ASC Azərbaycanda KAMAZ avtomobillərinin yığılması və üçüncü ölkəyə satışı üzrə rəsmi distribütor sazişi imzalayıblar.
Azərbaycan fevralın sonunda KAMAZ avtomobillərinin yığılmasına başlayacaq (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Emil İsmayılov/

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və KAMAZ ("Kama Avtomobil Zavodu") ASC Azərbaycanda KAMAZ avtomobillərinin yığılması və üçüncü ölkəyə satışı üzrə rəsmi distribütor sazişi imzalayıblar. Bu barədə bazar ertəsi Trend-ə zavoddan məlumat verilib.

Azərbaycanda ilk KAMAZ avtomobilinin yığılması 2015-ci il fevralın sonu-martın əvvəlinə təsadüf edəcək. Respublikada bu avtomobillərin tam yığılması prosesi aparılacaq.

İstehsal prosesinin başlanmasına hazırlıq çərçivəsində KAMAZ ASC-nin baş direktoru Sergey Koqoginin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib. Səfər zamanı Gəncə avtomobil zavodunda hazırlığın yüksək səviyyəsi, sənaye gücü, potensial və təcrübəsi, bazarın geniş imkanları, demək olar ki, ölkənin bütün regionlarında mövcud olan zavodun xidmət mərkəzlərinin hazırlıq səviyyəsi qeyd edilib.

Bundan əlavə, səfər zamanı "Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və İB-nin direktoru Kamran Nəzərov qonaqları müəssisədə istehsal prosesinin təşkili ilə tanış ediblər.

Səfər çərçivəsində KAMAZ ASC-nin baş direktorunun Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşü olub. Görüşdə tərəflərin KAMAZ avtomobillərinin istehsalı və onların üçüncü ölkəyə ixracı sahəsində tərəflərin əməkdaşlığının perspektivləri və imkanları qeyd edilib və yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti