...

Xam neft və təbii qaz hasilatı üzrə 24 faiz ucuzlaşma var

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 14:50 (UTC +04:00)
Azərbaycanda 2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3 faiz ucuzlaşıb.
Xam neft və təbii qaz hasilatı üzrə 24 faiz ucuzlaşma var

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycanda 2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4 faiz bahalaşma müşahidə olunub, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4 faiz, neft məhsullarının istehsalı üzrə 8,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 7,8 faiz, qida məhsullarının istehsalı üzrə 3,9 faiz, mebel istehsalı üzrə 1,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, tikinti məmumatlarının istehsalı üzrə 0,3 faiz, geyim istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, toxuculuq sənayesi üzrə 3,0 faiz, metallurgiya sənayesi üzrə 1,5 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti