...

"Bakı Taksi" MMC *9000 taksi sifarişi xidmətini yenilədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2015 10:00 (UTC +04:00)
Bakıda şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə tam yeni müştəri xidmətləri sistemi istifadəyə verilib.
"Bakı Taksi" MMC *9000 taksi sifarişi xidmətini yenilədi

Bakıda şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə tam yeni müştəri xidmətləri sistemi istifadəyə verilib. Belə ki, "Bakı Taksi" MMC-nin taksilərinin yerinin təyin olunması üçün onlar GPS qurğularla təmin edilib.

Bu qurguların vasitəsilə yeni sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.

Sifarişlər peşəkar operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında tam dolğun informasiya çatdırılır. Bütün bunlar yeni tətbiq olunmuş proqram təminatının köməkliyi ilə həyata keçirilir. Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır.

Nəticədə müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib. Müştərilər artıq Bakı şəhərinin hüdüdlarında həm mobil, həm də stasionar telefonlardan *9000 qısa nömrəsini yığmaqla taksi sifariş edə bilərlər. Mobil nömrələrdən edilən zəng xidməti adi tariflərlə hesablanır. Statasionar nömrələrdən zənglər isə pulsuzdur.

Qeyd edək ki, Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir.

"Bakı Taksi" MMC taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 27 aprel 2010-cu ildə təsis edilib və artıq şəhərin simvoluna çevrilmiş bənövşəyi rəngli 1000 dünyaca məşhur "London Taxi TX4" avtomobilləri idxal edilib. Bu avtomobillər 13 iyun 2011-ci ildən Bakıda taksi kimi fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti