...

"Atəşgah" Sığorta Şirkəti yeni "Formula 2015" layihəsinin icrasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2015 13:01 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti yeni “Formula 2015” layihəsinin icrasına başlayıb.
"Atəşgah" Sığorta Şirkəti yeni "Formula 2015" layihəsinin icrasına başlayıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

"Atəşgah" Sığorta Şirkəti yeni "Formula 2015" layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi: Cəmiyyətdə sığorta haqda maarifləndirmə işi aparmaq, sığortanın adi vətəndaşlar üçün hansı üstünlüklərə malik olması haqda bilgiləri artırmaq və ən əsası gənclərimizə sığorta biznesində peşəkar kimi yetişməkdə köməklik göstərməkdən ibarətdir.
Layihə üç mərhələdən ibarətdir:
Birinci mərhələdə namizədlər seçilir. Onlar müsahibə və İQ test sınaqlarından keçirlər.
İkinci mərhələdə namizədlərə sığortaya dair təlimlər keçilir.
Son - üçüncü mərhələdə iştirakçılar təlimlə yanaşı artıq real satışlarda iştirak etmək imkanı da əldə edirlər.

Namizədlərə tələblər:
Təhsili: Tam orta və orta ixtisas
Yaş həddi: 20 və daha çox
Şəxsi keyfiyyətləri: Ünsiyyətcil, iddialı, çalışqan

Adından da göründüyü kimi layihənin əsasında namizədlər arasında oyun və viktorina xarakterli tədbirlərin keçirilməsi durur. Şirkət mütəxəssislərinin iştirakı və köməkliyi ilə komandalara bölünmüş iştirakçılara peşəkar vərdişlər - komandada işləmək bacarığı, ünsiyyət qurmaq kimi keyfiyyələr aşılanır.
Layihə icra olunan zamandan etibarən artıq iştirakçıların sayı 30 -u keçib və onların sayına məhdudiyyət qoyulmur.
Ümumiyyətlə, layihə 25 may 2015-ci il tarixində yekunlaşacaq. Bu dövr ərzində ən yaxşı nəticə nümayiş etdirən komanda "Atəşgah" SŞ tərəfindən təşkil edilən korporativ tədbirdə iştirak edəcək.
"Formula 2015" - layihəsində iştirak etmək istəyənlər şirkətə gələ və ya CV - ni (şəxsi məlumatı adı, soyadı, əlaqə nömrələrini) 1 aprel tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün (012) 940 nömrəsinə zəng etmək olar!
Ünvan: Bakı şəh, Ceyhun Hacibəyli küç., 218 (Gənclik m."Kral" Şadlıq evinin yanı)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti