...

PAŞA Bank 3-cü Beynəlxalq Xəzər Enerji Forumunun sponsorudur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2015 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank 11 mart tarixində Bakıda keçirilmiş 3-cü Beynəlxalq Xəzər Enerji Forumunun "qızıl" sponsoru qismində çıxış etdi. Tədbirdə 300 nəfərdən artıq iş adamı, dövlət strukturlarının, yerli bankların, sığorta şirkətlərinin və xarici təşkilatların nümayəndələri iştirak etmişdir.

Forumda müzakirə olunan əsas mövzular sırasında dünya iqtisadiyyatının böhrandan sonrakı dövrü, Xəzərin neft-qaz sahəsinin xidmət sənayesinin inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqi, biznesin inkişafının dəstəklənməsinə yönəldilən qanunverici təşəbbüslər və sair məsələlər yer almışdır.

Forumun məruzəçiləri ölkənin qeyri-neft sektorunun, xüsusilə də turizm və informasiya texnologiyaları sahəsinin regionda nəqliyyat marşrutlarının inkişafına, ticarət əlaqələrinin qurulmasında bankların və sığorta şirkətlərinin əhəmiyyətinin gücləndirilməsinə və s. məsələlərə dair fikirlərini bölüşmüşdülər.

PAŞA Bankın İdarə Heyətinin üzvü, baş investisiya direktoru Taleh Kazımovun sözlərinə görə, tədbir iştirakçıları forum çərçivəsində Azərbaycanın qeyri-neft sektorunun inkişafına, habelə Xəzər və Qara dəniz regionu ölkələri arasında ticarət dövriyyəsinin artırılmasının dəstəklənməsinə yönəldilən bir çox təşəbbüslərlə tanış olmuşlar.

T.Kazımov qeyd edib: "Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı çərçivəsində bank fəaliyyətini genişləndirməklə, biz ölkələr arasında ticarət axınlarının artırılmasına öz töhfəmizi verməyə çalışırıq. Biz regionun uğurlu gələcəyinə əminik və onun iqtisadi inkişafının hərəkətverici qüvvələrindən biri olmağa hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti