...

"Azersun" məhsullarının qiymətini artırılması məsələsinə aydınlıq gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2015 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Azad Həsənli/

"Azersun Holding" məhsullarının qiymətini artırmağı planlaşdırmır.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında holdinqin baş direktoru Savaş Uzan deyib.

Onun sözlərinə əsasən, son vaxtlar holdinqin adı qiyməti artımı ilə bağlı tez-tez hallanır: "Bunun nədən qaynaqlandığını bilmirəm. Manatın məzənnəsi yenicə dəyişəndə bəyan etdik ki, məhsullarımızın qiymətini artırmağa hazırlaşmırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti