Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Hava Yolları" QSC bu ilin əvvəlində Bakı-Nijnı Novqorod-Bakı marşrutu üzrə birbaşa mütəmadi aviareys açacaq. Bu barədə Trend Nijnı Novqorodun "Striqino" beynəlxalq hava limanının saytına istinadən məlumat verir.
Bakı-Nijnı Novqorod-Bakı marşrutu üzrə birbaşa aviareyslər iyunun altısından həyata keçiriləcək.
Məlumatda bildirilir: "Uçuşlar "Embraer-190" təyyarələri ilə şənbə günləri həyata keçiriləcək. İyulun 29-dan başlayaraq isə qeyd edilən marşrut üzrə aviareyslər çərşənbə günləri də yerinə yetiriləcək".