...

AtaBank-dan "KartoManiya" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2015 17:36 (UTC +04:00)
"AtaBank" ASC-nin "KartoManiya" adlı ani stimullaşdırıcı lotereya kampaniyası davam edir.
AtaBank-dan "KartoManiya" kampaniyası

Azərbaycan, Bakı, 13 aprel /Trend/

"AtaBank" ASC-nin "KartoManiya" adlı ani stimullaşdırıcı lotereya kampaniyası davam edir. Bu kampaniya 10 mart 2015-ci il tarixindən başlayıb və 31 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Keçən ildən fərqli olaraq "AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə əvvəl olduğu kimi bu il də 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər!

Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://i.instagram.com/atabank_asc/) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti