Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Aktau-Bakı istiqamətindəki uçuşlar üzrə xüsusi aksiya keçirir. Bu barədə Trend AZAL-a istinadən məlumat verir.
Məlumata əsasən, aksiya çərçivəsində Bakı-Aktau-Bakı marşrutu üzrə aviabiletlər 213 avro, Aktau-Bakı-Aktau marşrutu üzrə isə 263 dollar təşkil edir.
Aksiyanın şərtləri aşağıdakı kimidir:
- uçuş və satış tarixləri 24.05.2015-сi il tarixinə kimi;
- aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir;
- bu siniflər üzrə "mile-ballar" hesaba əlavə olunmur;
- yerlər məhdud olar bilər;
- maksimal qalma müddəti bir ay;
- yığımlar və rüsumlar daxildir.