...

Bank of Baku ASC-yə yeni sədr təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2015 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bank of Baku ASC-yə yeni sədr təyin olunub.

Bankdan Trend-ə verilən məlumata görə, cari il aprel ayının 28-də keçirilən Bank of Baku ASC-nin Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin Sədri vəzifəsinə Abbas İbrahimovun təyin edilməsi qərarı verilib. Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq. Bank of Baku-nun fəaliyyətində əvəzsiz əməyi olan eks-sədr Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcək.

Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə Maqistr dərəcəsini almışdır. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.

1994-cü ildə təsis edilmiş Bank of Baku hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti