...

Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 11:46 (UTC +04:00)
Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb.
Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb

Azərbaycan, Bakı, 8 may /Trend/

Moody's reytinq agentliyi "Bank of Baku" ASC-nin reytinqini stabil B1 səviyyəsində saxlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, son dərc olunan hesabatda qeyd olunur ki, Moody's beynəlxalq reytinq agentliyi Bank of Baku-nun umumi reytinqini stabil B1 səviyyəsində saxlayıb. Devalvasiyadan sonra ölkənin bir sıra banklarına verilən reytinqlərdə dəyişiklik olsa da, Bank of Baku öz reytinqini saxlaya bilib.

Moody's-in qənaətinə görə, reytinqin eyni saxlanmasına təsir edən əsas faktorlar "Bank of Baku" ASC-nin bazarda fəaliyyət göstərən eyni dərəcəli rəqib banklarla müqayisədə daha keyfiyyətli aktivlərə malik olması, gəlirlilik səviyyəsi və mümkün ola biləcək itkilərin qarşılanması üçün güclü kapitallaşma səviyyəsinə sahib olmasıdır.

Moody's reytinq agentliyinin rəsmi hesabatı ilə aşağıdakı linklə keçərək ətraflı tanış ola bilərsiniz http://www.bankofbaku.com/az/about/reports/mezhdunarod-reiting/

"Bank of Baku"-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, habelə bankın www.bankofbaku.com korporativ saytına və www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti