...

MDB dəmiryolçuları "Şimal-Cənub" layihəsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2015 16:34 (UTC +04:00)
Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində işlərin həyata keçirilməsinin gedişi mayın 22-də Minskdə keçiriləcək MDB ölkələrinin dəmiryol idarələri rəhbərlərinin iclasında müzakirə mövzusu olacaq.
MDB dəmiryolçuları "Şimal-Cənub" layihəsini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Hüseyn Vəliyev/

Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində işlərin həyata keçirilməsinin gedişi mayın 22-də Minskdə keçiriləcək MDB ölkələrinin dəmiryol idarələri rəhbərlərinin iclasında müzakirə mövzusu olacaq.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Uzunluğu 375 kilometr olan Qəzvin-Rəşt-Astara dəmiryol xətti Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin çatışmayan halqasıdır. O, İran, Azərbaycan və Rusiya dəmiryol xətlərinin biləşdirilməsi üçün bağlayıcı halqa rolunu oynayacaq.

Onun sözlərinə görə, tərəflər arasında imzalanmış sazişə (2005-ci il) əsasən, İran ərazisində yeni dəmiryol xəttinin tikintisi nəzərdə tutulur: "Yeni xətt Astaranı İranın Astara, Rəşt və Qəzvin şəhərləri ilə birləşdirəcək. Bu məsələyə Minskdə baxılacaq".

C.Qurbanov qeyd edib ki, yeni xəttin inşasının böyük önəmi var: "Belə ki, o, Sankt-Peterburqdan İranın Bəndər-Abbas limanınadək birbaşa dəmiryol əlaqəsinin yaradılması ilə bağlıdır".

O, əlavə edib ki, bu layihə İranda uzunluğu təqribən 350 kilometr və Azərbaycanda iki ölkə arasında 8,5 kilometrlik seqmentlərin inşasını, eləcə də Azərbaycan ərazisində mövcud dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur: "Azərbaycan və İran Astarası arasında dəmiryol xətti mövcuddur, lakin bir xətdən ibarətdir və hələ elektrikləşdirilməyib. Layihə çərçivəsində yeni ekspeditor qrupları yaradılıb və dəmiryol infrastrukturunun inkişafı yük axınını artırmağa imkan verəcək. Məlum olduğu kimi, Azərbaycana 150 yük vaqonu tədarük edilib".

"Şimal-Cənub" dəhlizinin inşasına yatırılacaq investisiyalar 400 milyon dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti