...

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu dəyişməyib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 17:10 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 2015-2016-cı illər üçün iqtisadi artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb.
AYİB Azərbaycanın iqtisadi artım proqnozunu dəyişməyib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Azad Həsənli/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 2015-2016-cı illər üçün iqtisadi artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə AYİB-in "Regional Economic Prospects" hesabatında deyilir. Əvvəlki hesabat bu ilin yanvarında yayımlanmışdı.

2014-cü ildə Azərbaycan ÜDM-in artım tempi 2,8 faiz, 2015-ci ilin I rübündə isə 5,3 faiz olub.

Hesabatda deyilir: "Bank sektoruna mənfi təsir edən manatın devalvasiyası neftin aşağı qiymətlərini kompensasiya etməyə və ölkənin rəqabətqabiliyyətliliyini qorumağa kömək etdi. Bununla belə, neftin qiymətinin ucuz olması Azərbaycanın ticarət balansına mənfi təsir etdi və beynəlxalq ehtiyatlara təzyiq göstərir".

Bununla yanaşı, Azərbaycan ÜDM-in artım proqnozu Şərqi Avropa və Qafqazda ən yüksəklərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti