...

BMT: Turizm iqtisadiyyatın inkişafına və sülhün yaradılmasına yardım edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Seymur Əliyev/

Turizmin inkişafı qlobal iqtisadi tərəqqiyə yardım edir və sülhün bərqərar ediməsi üçün alətdir.

Trend-in məlumatına görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO)Yaxın Şərq üzrə regional direktoru Amr Əbdül Qaffar Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.

O, çıxışında UNWTO-nun adından fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

A.Ə.Qaffar Azərbaycan Prezidentinə müraciət edərək deyib: "BMT-nin Ümumdünya Turizm Təşkilatının baş direktoru adından belə böyük yığıncağa müraciət etmək mənim üçün böyük fəxrdir. İcazə verin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş direktorunun salamlarını çatdırım və dialoqun dəyərini dəstəklədiyinizə, sülh və təhlükəsizliyin vacibliyini başa düşdüyünüzə, gərginliyin mövcud olduğu bu regionda həmin dəyərləri reallaşdırdığınıza görə, Sizə minnətdarlığımı bildirim".

Regional direktor əlavə edib ki, UNWTO dünyada qarşılıqlı anlayış və inkişafın əhəmiyyətinin səviyyəsini yüksəltmək üçün turizmi inkişaf etdirir: "Turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilib. Hər il 1 milyarddan çox insan beynəlxalq sərhədləri keçir. Hər gün 3 milyon insan xarici ölkələrin sərhədlərini keçir. Sektorumuz qlobal iqtisadiyyatın zənginlənləşdirilməsi və insanların həyatını yaxşılaşdırmaq üçün danılmaz vasitə olub".

Onun sözlərinə əsasən, turizmin inkişafı sayəsində iş yerləri yaradılır, hökumətin investisiyanı necə cəlb etməsi və ticarəti necə inkişaf etdirməsindən asılı olaraq siyasi sabitliyin səviyyəsi artır: "Hazırda turizm dünya ÜDM-in 5 faizini təmin edir, xidmətlər sahəsində isə bu sektorun payı dünya ÜDM-in 30 faizidir. Turizm maneələri dağıdan xalqlar arasında əlaqələrin qurulmasına xidmət edən böyük qüvvədir. Lakin turizm təkcə sülh şəraitində çiçəklənə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti