...

Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2015 15:02 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna start verilir

Azərbaycan, Bakı, 21 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İSN-in SKMF tərəfindən mayın 15-də Beyləqan rayonunun Birinci Aşıqlı kəndində işgüzar forum keçirilib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
- ət kəsimi, pendir istehsalı, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti