...

"R.I.S.K. Elmi İstehsalat Şirkəti" QSC R.I.S.K. firması deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 19:15 (UTC +04:00)
2015-ci il 23 may tarixində Vergilər Nazirliyinə istinadən “Azərbaycanda vergidən yayınanlar arasında iri şirkətlər” başlığı ilə yayılan məqalədə (http://www.trend.az/business/economy/2398315.html) vergidən yayınan şirkətlərin siyahısı dərc olunub.
"R.I.S.K. Elmi İstehsalat Şirkəti" QSC R.I.S.K. firması deyil

Azərbaycan, Bakı, 27 may /Trend/

2015-ci il 23 may tarixində Vergilər Nazirliyinə istinadən "Azərbaycanda vergidən yayınanlar arasında iri şirkətlər" başlığı ilə yayılan məqalədə (http://www.trend.az/business/economy/2398315.html) vergidən yayınan şirkətlərin siyahısı dərc olunub.

Trend-in məlumatına görə, bu siyahıda R.I.S.K. firması mövcüddur.

Oxucuların nəzərinə çatdırırıq ki, bu firmanın "R.I.S.K. Elmi İstehsalat Şirkəti" QSC ilə heç bir əlaqəsi yoxdur.

"R.I.S.K. Elmi İstehsalat Şirkəti" QSC-nin Trend-ə daxil olan məktubunda deyilir: "Bundan başqa, bu siyahıda eyniadlı firmanın olması faktının özü ən azı təəccüb doğurur. 1993-cü ildən Azərbaycan Ədliyyə Nazirliyi və 2003-cü ildən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən rəsmi qeydiyyatdan keçmiş şirkətin adının təkrar qeydiyyata alınmasını istəməzdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti