...

EY və BBQ 2-ci Robin Bennet mükafatının qalibini elan etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2015 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

EY və BBQ 2-ci Robin Bennet mükafatının qalibini elan etdi.

EY Azərbaycan Britaniya Biznes Qrupunun ("BBQ") aylıq iclasına sponsorluq etdi və Azərbaycan-Böyük Britaniya biznes münasibətlərinə əhəmiyyətli töhfənin verilməsinə görə, 2-ci Robin Bennett mükafatını təqdim etdi. Tədbir mayın 27-də Four Seasons Mehmanxanasında keçirildi.

Trend-in məlumatına görə, EY şirkətinin Azərbaycan üzrə İdarəedici partnyoru İlqar Vəliyev və BBQ-nin sədri, Britaniya İmperatorluğunun Ordeni ilə ("OBE") təltif edilmiş Con Patterson mükafatı Britaniya İmperatorluğunun Ordeni ilə ("MBE") təltif edilmiş xanım Qven Börçelə təqdim etdi.

2014-cü ilin may ayında mükafatın ilk qalibi olmuş Con Patterson, OBE öz fikirləri ilə paylaşdı: "Robin Bennet Pipe Award mükafatının qalibi BBQ Komitəsi tərəfindən Komitə üzvlərinin nominasiyaları əsasında seçilir. Qven Börçel, MBE Azərbaycanda "United Aid for Azerbajan" xeyriyyə cəmiyyəti vasitəsilə gördüyü işlərə görə seçilmişdir. Biz, belə nüfuzlu şərəfə layiq görülmüş bir təşkilat kimi seçildiyimizə görə çox şadıq."

İlqar Vəliyev əlavə etdi: "İllərdir ki, Robin Azərbaycanda Britaniya biznes icmasının təşviq edilməsində və irəliləməsində əhəmiyyətli rol oynayır və EY bu dəstəyi davam etdirir."

"Hesab edirik ki, qlobal və yerli müştərilərimiz arasında münasibətlərin inkişafına dəstək insanlarımız, müştərilərimiz və icmalarımız üçün daha yaxşı iş dünyasının qurulması məqsədimizlə üst-üstə düşür", deyə EY Bakı partnyoru və BBQ Komitəsinin üzvü Turqay Teymurov yekun vurdu.

1942-2011-ci illərdə Robin Bennett, OBE, BBQ Azərbaycanın təsisatçılarından biri olmuşdur. O, Bakıya EY şirkətinin idarəedici partnyoru qismində gəlmiş və firmada uzunmüddətli və uğurlu karyera qurmuşdur.

BBQ haqqında

Britaniya Biznes Qrupu Azərbaycanda 20 il fəaliyyət göstərir. Qrup yeni işgüzar adamların ölkədə biznesin aparılması haqqında məlumat və tövsiyə alması məqsədilə onların ölkədəki biznes aləmi haqqında məlumatlı olan digər işgüzar adamlarla görüşmək imkanını yaradan bir vasitədir. Bu vasitə dəyərli şəbəkə yaratmaq və həmçinin şirkətlərə özlərini təqdim etmək və profillərini yaratmaq üçün bir fürsətdir.

Qrup bu missiyasını aylıq görüşlər (adətən hər ayın son çərşənbə günü) keçirməklə yerinə yetirir. Bəzi hallarda Böyük Britaniyanın naziri və ya digər yüksək rütbəli qonaqlar da görüşlərdə iştirak edir.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisində Azərbaycandakı müştərilərə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti