...

BVF Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırdı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2015 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Azad Həsənli/

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb. Beləliklə, BVF Azərbaycan ÜDM-nin 1,8 faiz artacağını gözləyir. Bu barədə Trend-ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Missiya rəhbərinin sözlərinə görə, proqnozdakı dəyişiklik Azərbaycanın cari ilin yanvar-aprel aylarında əldə etdiyi iqtisadi artımla əlaqədardır: "Devalvasiyadan sonra ÜDM artımını 0,6 faiz proqnozlaşdırmışdıq, lakin ölkəyə səfərimiz zamanı qeyri-neft sektorunun 2015-ci ilin yanvar-aprel aylarında 6,5 faiz artdığını müşahidə etdik. İqtisadi artımın gözlədiyimizdən daha çox olduğunu başa düşdük".

R.Almarzoqi bildirib ki, 2015-ci ilin sonuna kimi Azərbaycanda qeyri-neft sektorunun 3,5 faiz artacağı pronozlaşdırılır: "Gözlənilir ki, ilin sonuna kimi Azərbaycanın ÜDM-i təqribən 68 milyard manat təşkil edəcək. Bundan başqa, proqnozlarımıza əsasən, 2016-cı ildə ölkə ÜDM-nin artımı 2,8 faiz, qeyri-neft sektorunda artım isə 4,5 faiz təşkil edəcək".

O, qeyd edib ki, inflyasiya üzrə proqnozun aşağı düşməsinə Azərbaycan hökumətinin ehtiyat tədbirləri təsir göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti