...

Daş, qum, çınqıl ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

2015-ci ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 9,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 10,5 faiz, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin may ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 2,2 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 10,6 faiz, metal filizlərinin hasilatı üzrə isə istehsalçı qiymətlərində 1,3 faiz bahalaşma müşahidə olunub.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 1,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kimya sənayesi üzrə 14,9 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 4,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 3,9 faiz, neft məhsullarının istehsalı üzrə 3,5 faiz, geyim istehsalı üzrə 2,7 faiz, içki istehsalı üzrə 2,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,8 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, metallurgiya sənayesi və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, tütün məmulatlarının istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti