...

Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2015 21:07 (UTC +04:00)
Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir.
Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin və Azərbaycan Qadınlar Cəmiyyətinin Şəki şəhər şöbəsinin təşkilatçılığı ilə Şəkidə, Göyçay, Yevlax nümayəndəliklərinin və "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Göyçay Rayon Şöbəsinin təşkilatçılığı ilə Göyçayda, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Sahibkarların hüquqlarının qorunması", "Biznesin əsasları, təşkili və idarə edilməsi", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqlərdə qadın hüquqları, sahibkarların hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, insan resurslarının səmərəli idarə edilməsi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti