...

"Finex Kredit"in dollarda olan istiqrazlarının satışı başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2015 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Azad Həsənli/

İyunun 25-dən etibarən "Finex Kredit" ASC-nin 450 min manat məbləğində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının "Bakı Fond Birjası" QSC-də yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Trend-in QSC-yə istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 dollar olan 900 istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti 1080 gündür, istiqraz üzrə faiz dərəcəsi 14 faiz, faiz ödəniş dövrünün müddəti isə 3 aydan birdir.

İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində "Technika Capital Management" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti