...

"Rusiya böyük idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır" (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2015 15:11 (UTC +04:00)
Rusiya Bakıda Avropa Oyunlarının başa çatmasını nəzərə alaraq, irimiqyaslı idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
"Rusiya böyük idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır" (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Azad Həsənli/

Rusiya Bakıda Avropa Oyunlarının başa çatmasını nəzərə alaraq, irimiqyaslı idman tədbirlərinin auditini aparmaq təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova Moskvada azərbaycanlı həmkarı Vüqar Gülməmmədovla görüşdə deyib.

Görüşdə ölkələr arasında dövlətlərarası əlaqələrin yüksəlişdə olduğu qeyd edilib. Bununla belə, tərəflər müasir reallıqları nəzərə almaqla qurumlarası əlaqələrin aktivləşməsi və genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Tərəflər gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib, görüşün nəticələri üzrə əməkdaşlıq haqqında yenilənmiş saziş imzalayıblar. Sənəddə iki ölkənin maliyyə nəzarəti üzrə ali orqanlarının gələcək qarşılıqlı fəaliyyətinin əsas forma və istiqamətləri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti