...

Heydər Əsədov: “Azərbaycan Rusiya ərazisində kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır”

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2015 12:09 (UTC +04:00)
Azərbaycan Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır.
Heydər Əsədov: “Azərbaycan Rusiya ərazisində kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır”

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyanın "Nezavisimaya qazeta" qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu fəaliyyətdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı dövlət strategiyasının əsas komponenti kimi, xüsusilə kənd təsərrüfatı məhsullarının çeşidi və həcminin artırılması, onların xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi hesabına qeyri-neft ixracı strukturunun optimallaşdırılması nəzərdə tutulur: "Bu məsələnin optimal həlli üçün emal proseslərinə müasir texnologiyaların tətbiq edilməsi, subsidiyaların verilmə mexanizmlərinin təkmilləşdirilməsi hesabına fermer təsərrüfatlarının məhsuldarlığının artırılması və xərclərin azaldılması planlaşdırılır. Yeni bazarlarda tələbatın artırılması üçün birinci yerdə keyfiyyət problemi gəlir".

H.Əsədov qeyd edib ki, ixrac coğrafiyasına gəldikdə, bu gün Azərbaycanın kənd təsərrüfatı istehsalçıları üçün satış bazarı əvvəlki kimi ilk növbədə Rusiya olmaqla, postsovet ölkələri qalır: "Rusiyanın müvafiq dövlət strukturları ilə aktiv əməkdaşlıq nizamlanır. Emal edilmiş meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı rusiyalı istehlakçılara həmçinin heyvandarlıq məhsullarının geniş çeşidi təqdim olunacaq. İlk növbədə quş əti və toyuq yumurtasının idxalını genişləndirmək nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti