...

Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclası Parisdə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2015 16:54 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi ilə görüşüb
Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclası Parisdə keçiriləcək

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Mattias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərlyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar barədə qonaqları məlumatlandıran S.Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Fransanın dövlət katibi ölkəsini təmsil edən idmançıların və nümayəndə heyətinin Bakıdan böyük təəssuratla qayıtdığını diqqətə çatdırıb. Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən M.Fekl iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti