...

Azərbaycan iqtisadiyyatı 5,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2015 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

2015-ci ilin birinci yarısında Azərbaycanda 26,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış ÜDM 9,2 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3 faiz artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9 faizə çatıb.

ÜDM-in 54,1 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,0 faizi sənayenin, 12,5 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti