...

Daş, qum, çınqıl, duz bahalaşmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2015 18:35 (UTC +04:00)
2015-ci ilin iyun ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,8 faiz ucuzlaşıb, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,6 faiz bahalaşıb.
Daş, qum, çınqıl, duz bahalaşmayıb

Azərbaycan, Bakı, 15 iyul /Trend/

2015-ci ilin iyun ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,8 faiz ucuzlaşıb, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin iyun ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,9 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 1,4 faiz bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.

İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 7,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, geyim istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kimya sənayesi üzrə 5,1 faiz, neft məhsullarının istehsalı üzrə 5,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,3 faiz, qida məhsullarının və tikinti məmulatlarının istehsalı üzrə 0,2 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı, toxuculuq və metallurgiya sənayesi üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti