...

Cahangir Əsgərov hər bir hava xəttinin tariflərini dərindən təhlil etməyi tapşırdı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 16:56 (UTC +04:00)
AZAL dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb.
Cahangir Əsgərov hər bir hava xəttinin tariflərini dərindən təhlil etməyi tapşırdı (ƏLAVƏ OLUNUB)

Növbəti məlumat əlavə olunub (ilk xəbər saat 13:50-də yayılıb)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

AZAL dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb.

Bildirilir ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.

X X X

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması" ilə bağlı verdiyi tapşırıqlar "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin bu gün keçirilmiş kollegiya iclasında ciddi şəkildə müzakirə olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, C.Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərtilə həyata keçirilməlidir.

"Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri C.Əsgərov məlumat verib ki, hazırda AZAL-ın və İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayacaq.

İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin.

Qəbul edilmiş qərarlar barədə cəmiyyətə geniş məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti