...

AZAL "WizzAir"in qarşısında şərt qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2015 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Macarıstanın "WizzAir" loukosterindən Bakıya uçuşların bərpa edilməsi üzrə təkliflərinə cavab gözləyir.

Trend-in məlumatına əsasən, bunu bu gün mətbuat konfransında AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, AZAL "WizzAir"ın qış mövsümündə uçuşlardan imtina etməməsi şərtilə 3 illik müqavilə imzalamağı təklif edib: "Məhz bu səbəbdən "WizzAir"lə anlaşılmazlıqlar oldu. Biz onların Azərbaycanda fəaliyyətinə heç bir qadağa qoymamışıq. Əskinə, "WizzAir" burada böyük endirimlə işləyirdi. Biz onlarla 3 illik müqavilə bağladıq, lakin "WizzAir" Heydər Əliyev Beynəlxalq Hava Limanında göstərilən xidmətləri ödəmirdi".

A.Məmmədov qeyd edib ki, Macarıstan aviaşirkəti qış mövsümündə reysləri bağlayırdı ki, bu da müqavilənin şərtlərinə zidd idi: "Hazırda aviaşirkətə təklif etdiyimiz 3 illik müqavilədə qış mövsümündə reyslərin bağlanmaması şərti var və cavab gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti