...

"Azər-Türk Bank"ın rəhbərliyində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 16:03
Fərhad Adıgözəlov "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib.
"Azər-Türk Bank"ın rəhbərliyində dəyişiklik olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Fərhad Adıgözəlov "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib. Bankdan Trend-ə verilən məlumata görə, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bankdan bildiriblər ki, yeni rəhbər seçilənədək F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bankın İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək. Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək.

Qeyd eədk ki, Elmar Məmmədov "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalmışdı. E.Məmmədov ötən gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti