...

Azərbaycan ikiqat vergitutmanın ləğvi üçün 7 ölkə ilə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 16:19 (UTC +04:00)
Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması üçün 7 ölkə ilə danışıqlar aparır.
Azərbaycan ikiqat vergitutmanın ləğvi üçün 7 ölkə ilə danışıqlar aparır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması üçün 7 ölkə ilə danışıqlar aparır. Trend-in məlumatına əsasən, bunu Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev "Vergilər" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağladığı müqavilələr şəbəkəsi genişlənir və Vergilər Nazirliyinin mövcud müqavilələr çərçivəsində digər dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı uğurla davam etdirilir: "Hazırda 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalanıb və onların 45-i qüvvəyə minib. Küveyt, İordaniya və İspaniya ilə imzalanmış müqavilələr həmin ölkələr tərəfindən dövlətdaxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. Bunlardan əlavə, Malta, İsrail, Slovakiya, İsveç, İrlandiya, Sinqapur, Danimarka, Hindistan, San-Marino və Mərakeşlə bu cür müqavilələrin layihələri, eləcə də Qazaxıstanla 1996-cı ildə imzalanmış müqaviləyə əlavə və dəyişikliklərin edilməsi üzrə Protokolun layihəsi üzrə razılıq əldə edilib".

O.Musayev bildirib ki, Azərbaycan və 15-dən çox ölkə arasında danışıqlara başlanması üçün model layihələrin mübadilə edilib: "Onu da qeyd etmək lazımdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələrdən başqa, hazırda Azərbaycanla 101 dövlət arasında vergi məlumatlarının mübadiləsi barədə müqavilələr də mövcuddur. Bundan əlavə, Azərbaycan və ABŞ arasında maliyyə məlumatlarının qarşılıqlı mübadiləsinə imkan verəcək Vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası sazişin imzalanmaya hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti