Azərbaycan, Bakı, 28 iyul /Trend/
Moskva-Bakı marşrutu üzrə reyslər normal rejimdə, bütün uçuş və enişlər qrafik üzrə həyata keçirilir. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
Xatırladaq ki, Rusiya mətbuatı Moskva aeroportlarında ildırım və leysan ucbatından 300-ə yaxın aviareysin təxirə salınması ilə bağlı xəbər yaymışdı.
AZAL-dan daxil olan məlumatda bildirilir ki, "Şeremetyevo" aeroportundan uçan təyyarənin Bakı vaxtı ilə saat 15:20-də, "Domodedovo" aeroportundan uçan təyyarənin isə saat 18:05-də Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edəcəyi gözlənilir.