...

Müşavir: Azərbaycanda vergilər üzrə elektron xidmətlərin sayı artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 15:16 (UTC +04:00)
Vergilər Nazirliyi vergi inzibatçılığının gücləndirilməsi məqsədilə xüsusilə elektron xidmətlərin sayını artırmaq niyyətindədir.
Müşavir: Azərbaycanda vergilər üzrə elektron xidmətlərin sayı artacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Maksim Tsurkov/

Vergilər Nazirliyi vergi inzibatçılığının gücləndirilməsi məqsədilə xüsusilə elektron xidmətlərin sayını artırmaq niyyətindədir. Bunu Trend-ə vergilər nazirinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu, vergi inzibatçılığının yaxşılaşdırılması üçün ən vacib istiqamətlərdən biridir.

Ə.Məmmədov qeyd edib: "Hazırda 59 növ elektron xidmət göstəririk və onların sayını 62-yə çatdırmağı planlaşdırırıq. Lakin bu, son hədəf deyil, belə ki, siyahımıza daxil edilən yeni xidmət növləri yaranır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti