...

Azərbaycan və İran "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə işçi qrupu yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2015 18:13 (UTC +04:00)
Azərbaycan və İran "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə mövcud vəziyyətin təhlili və mövqelərin razılaşdırılması məqsədilə işçi qrupu yaradır.
Azərbaycan və İran "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə işçi qrupu yaradır

İran, Tehran, 4 iyul /Trend, xüsusi müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə mövcud vəziyyətin təhlili və mövqelərin razılaşdırılması məqsədilə işçi qrupu yaradır.

Trend-in məlumatına görə, bu qərar Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundinin görüşünün yekunları üzrə qəbul edilib.

Görüşdə hər iki ölkə üçün bu layihənin böyük önəmi vurğulanıb.

Qeyd edək ki, "Şimal-Cənub" dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir, Azərbaycan və Rusiya dəmiryollarının birləşməsi üçün əlaqələndirici halqa rolunu oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti