Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda lisenziyası iyul ayında ləğv edilmiş "Evrobank" ASC-nin ləğvetmə prosesi başlanıb. Trend "Xalq" qəzetinə istinadən xəbər verir.
Lisenziya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə ləğv edilib.
Məhkəmə həmçinin "Evrobank"ı müflis elan edib.
Məhkəmə qərarına əsasən, bankın ləğvedicisi qismində "Azerbaijan International Consulting Company" MMC təyin edilib.
Ləğvetmə prosesi "Evrobank" ASC-nin baş ofisində - Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir.