...

“Azər Türk Bank” ASC-nin “Yasamal” filialının açılışı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2015 11:24 (UTC +04:00)
“Azər Türk Bank” ASC-nin “Yasamal” filialının açılışı olub. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi - 89 ünvanında, iki mərtəbəli binada yerləşən, ən müasir avadanlıqlarla təchiz edilmiş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılıb.
“Azər Türk Bank” ASC-nin “Yasamal” filialının açılışı oldu

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"Azər Türk Bank" ASC-nin "Yasamal" filialının açılışı olub. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi - 89 ünvanında, iki mərtəbəli binada yerləşən, ən müasir avadanlıqlarla təchiz edilmiş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılıb.

Filial həftəiçi hər gün saat 09:30-dan 17:00-a kimi müştərilərin xidmətindədir.

Filialın müdiri Adil Gözəlov bildirib ki, fiziki və hüquqi şəxslər burada geniş çeşidli bank məhsul və xidmətlərindən faydalana bilərlər: "Kreditlərin alınması, əmanət yerləşdirilməsi, ölkədaxili və xarici pulköçürmələri, ödəniş kartlarının əldə edilməsi, eləcə də bir çox digər bank xidmət və məhsulları üçün bura müraciət etmək olar".

Bu, Azər Türk Bankın cari il ərzində Bakı şəhərində açdığı ikinci yeni xidmət ofisidir. Bir neçə ay əvvəl Bankın digər bir filialı da müasir bankçılıq texnologiyalarına uyğun qurulmuş yeni binada müştərilərin istifadəsinə verilib. İlin sonuna kimi Azər Türk Bank paytaxtda və ölkəmizin regionlarda daha bir neçə yeni filialın da açılmasını planlaşdırır.
1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti