Azərbaycan, Bakı, 30 avqust /Trend/
İtaliyanın böyük neft-qaz şirkəti "Eni" Aralıq dənizində iri qaz yatağı aşkar edib.
Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Şirkətin bəyanatına görə, bu, təbii qaz sahəsində "super nəhəng" tapıntıdır. Yataq dənizin Misir sahillərinə yaxın ərazisində yerləşir.