...

Expressbank Western Union üzrə aksiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2015 12:30 (UTC +04:00)
Expressbank Western Union təcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir.
Expressbank Western Union üzrə aksiya keçirir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Expressbank Western Union təcili pul köçürmə sistemi ilə birgə "Western Union ilə daha varlı" adlı aksiya keçirir. Bankdan Trend-ə verilən məlumata görə, aksiya 30 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, Expressbank filiallarında bu sistemlə pul göndərən və ya alanlar 100 ABŞ dolları qazana biləcəklər. Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan aplikasiya ("Использовать приложения" düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün - http://mta.gpi-company.com/az/regulation.html .

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti