Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Dəmir Yolları" QSC iki yeni dəmiryol deposunun tikintisi üçün mühəndis şirkətləri ilə işləyir. Bunu Trend-ə "Alstom Transport" şirkətinin Rusiya və MDB üzrə direktoru Marten Vojur deyib.
Onun sözlərinə görə, deponun biri Bakının Biləcəri qəsəbəsində, ikincisi isə Gəncədə tikiləcək.
M.Vojur qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırılması təqribən sentyabr-oktyabrda hazır olmalıdır və bundan sonra tezliklə hər iki obyektdə eyni vaxtda tikinti işləri başlayacaq: "Bu depoların tikintisi "Stadler" qatarları və "Alstom" dizel teplovozlarını istismar etməyə və onlara xidmət göstərməyə imkan verəcək".