Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Azərbaycanda 2015-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,2 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində boru kəməri vasitəsilə neftin nəqli üçün nasos-kompressor stansiyalarında qazın sərfiyyatının aşağı düşməsi nəticəsində neftin nəql olunması qiyməti 0,4 faiz, qazın nəqli və dəniz nəqliyyatında beynəlxalq yükdaşıma qiymətləri 0,1 faiz ucuzlaşıb.
Hava, dəmir yolu və avtomobil nəqliyyatında isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.