...

Dövlət strukturlarının borclarının qaytarılması üçün təsirli tədbirlər görüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2015 16:26 (UTC +04:00)
Azərbaycan hökuməti dövlət strukturlarının borclarının qaytarılmasını təmin etmək üçün daha təsirli tədbirlər görəcək.
Dövlət strukturlarının borclarının qaytarılması üçün təsirli tədbirlər görüləcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan hökuməti dövlət strukturlarının borclarının qaytarılmasını təmin etmək üçün daha təsirli tədbirlər görəcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında 2016-cı il və növbəti 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə əsasən, bir çox dövlət strukturları maliyyəni dövlət büdcəsindən alır: "Lakin nəzərə almaq lazımdır ki, onlardan bəzilərinə kifayət qədər (maliyyə - red.) azadlıq vermək olmaz. Məsələn, bu, su və enerji sahələrindəki dövlət müəssisələrinə aiddir. Tarif Şurası onların xidmətləri üzrə tarifləri müəyyənləşdirir".

S.Şərifov qeyd edib ki, hökumət, ilk növbədə, onların sosial, sonra isə iqtisadi səmərəliliyinə baxır: "Biz istəmirik ki, bu (yüksək tariflər - red.) əhali üçün problemlər yaratsın, buna görə də ehtiyatlı tarif siyasəti yürüdürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti