Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 94 milyon 201,4 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,5 faiz əməl edilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınıb.