Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0473 manat olub.
Trend-in məlumatına görə, avrozonanın vahid valyutası 0,0029 manat və ya 0,24% artaraq 1,1927 manata yüksəlib.