Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/
2016-cı ildən etibarən Azərbaycanda mədən vergisi dərəcələri orta hesabla 2 dəfə artacaq. Bunu Trend-ə Milli Məclisdən deyiblər.
Milli Məclisin müzakirəsinə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində müvafiq təklif öz əksini tapıb.
Ən çox artım mişar daşı üzrə mədən vergisi dərəcəsində - 4 dəfə, ən az artım isə yarımqiymətli bəzək daşları və duzda - 1,5 dəfə müşahidə olunur.
Yerin təkindən çıxarılan faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
|
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adları |
Yeni dərəcələr (manatla) |
Əvvəlki dərəcələr (manatla) |
|
Qeyri-filiz faydalı qazıntıları: |
||
|
seolit |
1 |
0,5 |
|
barit |
1 |
0,5 |
|
mişar daşları |
2 |
0,5 |
|
çınqıl xammalı |
1 |
0,5 |
|
yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər |
1 |
0,5 |
|
bentonit gilləri |
1 |
0,5 |
|
kərpic-kirəmit gilləri |
1 |
0,5 |
|
vulkan külü və pemza |
1 |
0,5 |
|
kvars qumları |
1 |
0,5 |
|
tikinti qumları |
1 |
0,5 |
|
sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü) |
1 |
0,5 |
|
üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) |
1 |
1 |
|
qiymətli və yarımqiymətli bəzək daşları |
6 |
4 |
|
daş duz |
6 |
4 |
|
yodlu bromlu sular |
0,04 |
0,02 |
|
mineral sular |
10 |
6 |